logo

Lavrov Ukraynaya qarşı müharibədə danışıqları faydalı hesab edir

14:44 10-03-2022 | icon 2037
Lavrov Ukraynaya qarşı müharibədə danışıqları faydalı hesab edir

Məsələnin həlli üçün nəzərdə tutulan bütün səyləri dəstəkləyirik. Müzakirələrin alternativi yoxdur. Humanitar dəhlizlərin hər gün açılmasını təklif etdik.

YeniAvropa xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada mətbuata açıqlamasında ifadə edib.

Rəsmi Ankaranın vasitəçiliyi əsasında Antalya Diplomatiya Forumu çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşdən sonra mətbuat nümayəndələri qarşısına çıxan Rusiya xarici siyasət idarəsinin rəhbəri Ukraynaya qarşı başladıqları müharibənin sona çatması üçün danışıqları faydalı adlandırıb.