logo

Dmitri Kuleba:Ukraynada humanitar faciə yaşanır

14:30 10-03-2022 | icon 2051
Dmitri Kuleba:Ukraynada humanitar faciə yaşanır

Bu, Rusiya ilə Ukrayna arasında gərginlik başladıqdan sonra tərəflərin ilk yüksək səviyyəli görüş oldu. Buna görə Türkiyə tərəfinə minnətdaram.

YeniAvropa  xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu ilə keçirilən üçtərəfli görüşdən sonra mətbuat konfransında ifadə edib.

“Mən problemin həlli üçün əlimdən gələni etdim. Çünki bölgədə humanitar faciəsi yaşanır. Ölkəmizdəki bu faciənin başa çatması üçün əlimizdən gələni edəcəyik. Bu formatda görüşlərimizin keçiriləcəyinə inanıram. Ölkəmdəki baş verən bu faciənin sona çatması üçün görüşləri davam etdirəcəyik”, - deyə D.Kuleba bildirib.

Ukraynalı nazir, həmçinin deyib: “Biz hazırda qarşıdurmanı dayandıra bilmirik. Lakin xüsusilə Mariupola humanitar yardım çatdırılması və mülki şəxslərin təxliyəsi üçün dəhlizlərinin açılmasına kömək göstəriləcəyinə inanıram”.