logo

ABŞ “Patriot” komplekslərini  Almaniyadan Polşaya gətirdi

14:10 10-03-2022 | icon 1953
ABŞ “Patriot” komplekslərini  Almaniyadan Polşaya gətirdi

ABŞ Almaniyadan Polşaya iki “Patriot” zenit-raket kompleksi köçürüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə "Pentaqon"un yüksək rütbəli rəsmisi məlumat verib.

“Biz onların harada yerləşdiyi və ya yerləşdirilmə statusu barədə danışmayacağıq”, - deyə o, qeyd edib.

“Patriot” batareyalarının köçürülməsi barədə qərar ABŞ-ın müdafiə naziri Lloyd Ostin tərəfindən Polşa hökuməti ilə məsləhətləşmələrdən sonra qəbul edilib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi isə vurğulayıb ki, bu addım Rusiya tərəfinin hər hansı konkret hadisə və ya hərəkəti ilə bağlı atılmayıb.