logo

Rusiya işğalçı ordusunun Ukraynada verdiyi itkiləri açıqlandı

13:53 10-03-2022 | icon 1953
Rusiya işğalçı ordusunun Ukraynada verdiyi itkiləri açıqlandı

Ukraynada davam edən müharibədə Rusiya tərəfi böyük döyüş itkiləri verib. Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri təxminən 12 min rusiyalı əsgərini məhv edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya tərəfinin ümumi döyüş itkiləri belədir:

-şəxsi heyət - 12 min nəfərdən çox,

-tanklar - 335 ədəd,

-zirehli döyüş maşınları - 1105 ədəd,

-artilleriya sistemləri - 123,

-raket sistemləri - 56,

-hava hücumundan müdafiə sistemləri - 29,

-təyyarə - 49,

-helikopterlər - 81 ədəd,

-avtomobil avadanlığı - 526,

-gəmilər / qayıqlar - 3 ədəd,

-yanacaq və sürtkü materialları ilə sisternalar - 60,

-PUA-lar - 7