Rusiya Avropa Şurasını tərk edir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi(XİN) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Avropa İttifaqının Rusiyaya dost olmayan ölkələri və NATO təşkilatı Avropada ümumi humanitar-hüquqi məkanın dağıdılması istiqamətində fəaliyyətlərini davam etdirirlər.
“Avropanın qədim təşkilatının Qərbin üstünlüyünün sübutu və özünəvurğunluq məkanına çevrilməsində iştirak etməyəcək. Qoy, bir-biri ilə Rusiyasız ünsiyyətdən zövq alsınlar”, - deyə Rusiya xarici siyasət idarəsi vurğulayıb.