Antalya Diplomatik Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında görüş başlayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, görüş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Antalyanın məşhur “Regnum Carya” otelində keçirilir.
Üçtərəfli görüşdən əvvəl Mövlud Çavuşoğlu Ukrayna və Rusiyanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüb.
Nazirlər danışıqların nəticəsi barədə mətbuata açıqlama verəcəklər.