logo

Antalyada Türkiyə və Ukraynanın XİN başçılarının görüşü olub

11:11 10-03-2022 | icon 1995
Antalyada Türkiyə və Ukraynanın XİN başçılarının görüşü olub

Antalya şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında görüş keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, nazirlər əvvəlcə təkbətək, daha  sonra nümayəndə heyətlərinin iştirakı ilə görüşüblər.

Qeyd edək ki, bu gün Antalya Diplomatik Forumu çərçivəsində Türkiyənin vasitəçilik missiyası ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı arasında üçtərəfli görüş keçiriləcək.