logo

“Toyota”  Rusiyada istehsalı və bu ölkəyə avtomobil ixracını dayandırdı

10:10 10-03-2022 | icon 1995
“Toyota”  Rusiyada istehsalı və bu ölkəyə avtomobil ixracını dayandırdı

Rusiyanın Ukraynaya hərbi təcavüzünə etiraz olaraq Yaponiyanın “Toyota Motor” nəhəng avtomobil istehsalı korporasiyası Rusiyada istehsalı və bu ölkəyə avtomobil ixracını dayandırıb.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib. 

“Şirkətin Sankt-Peterburqdakı zavodunda ehtiyat hissələrinin tədarükündə yaranmış problemlə əlaqədar istehsal dayandırılıb. Həmçinin, hazır avtomobillərin Rusiyaya göndərilməsi də dayandırılıb”, - deyə məlumatda bildirilir.

Bununla yanaşı, “Nikkei” qəzetinin yaydığı məlumata görə, “Toyota Motor” şirkəti Rusiyadakı əməkdaşlarını da bu ölkədən çıxarır. Buraya şirkətin 26 nəfər əməkdaşı və onların ailə üzvləri daxildirlər. Moskva ilə Tokio arasında birbaşa aviareyslər olmadığına görə onların üçüncü ölkələr vasitəsilə Yaponiyaya qayıdacaqları bildirilir.

Yaponiyanın "Kyodo" agentliyinin məlumatına görə, artıq “Mitsubishi Motors”, “Nissan Motor” və “Subaru” şirkətləri də əməkdaşlarını Rusiyadan çıxarmağa başlayıblar.