Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprel ayında İsrailə səfər edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyədə rəsmi səfərdə olan İsrail prezidenti İsxak Hersoq ilə prezident Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransında bildirilib.
Bununla bağlı açıqlama verən Türkiyə prezidenti “Xarici işlər nazirimizin Fələstinə və İsrailə səfərinə, ardınca enerji və təbii sərvətlər nazirimizin İsrailə səfərinə böyük əhəmiyyət verirəm”, - deyə bildirib.
Liderlər ortaq hədəflərinin ölkələri arasında siyasi dialoqun yenidən canlanması olduğunu vurğulayıblar.