logo

Güclü qar səbəbindən Gürcüstan-Rusiya yolu bağlanıb

19:49 09-03-2022 | icon 2009
Güclü qar səbəbindən Gürcüstan-Rusiya yolu bağlanıb

Güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistralı bütün növ avtomobillər üçün bağlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, qadağa beynəlxalq əhəmiyyətli Msxeta-Stepantsminda-Lars yolunun Qudauri-Kobi məntəqəsinə şamil edilib.

Qeyd edək ki, Gürcüstanın müvafiq dövlət qurumları qarşıdakı günlərdə havaların kəskin soyuyacağı, güclü qar, yağış yağacağı, eləcə də Qara dənizdə 4 ballıq qasırğa olacağı barədə xəbərdarlıq yayıb. Məlumatda deyilir ki, martın 9-dan 15-dək ölkə ərazisində soyuq və yağıntılı hava şəraiti, dağlıq rayonlarda güclü qar, duman, qar fırtınası gözlənilir.

Ölkə ərazisindəki çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artması, dağlıq ərazilərdə qar uçqunlarının əmələ gəlməsi və sürüşmələrin aktivləşməsi ehtimalı var.

Beynəlxalq və yerli əhəmiyyətli yolların bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.