logo

Rusiya qoşunları Mariupol şəhərindəki doğum evini bombaladı

19:35 09-03-2022 | icon 2261
Rusiya qoşunları Mariupol şəhərindəki doğum evini bombaladı

Rusiya hərbçiləri Mariupoldakı doğum evinə artilleriya zərbəsi endiriblər.

YeniAvropa xəbər verir  ki,bu barədə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin özünün "Facebook" səhifəsində paylaşım edib.

"Ruslar Mariupoldakı 2 saylı doğum evinə artilleriya zərbəsi endiriblər. Şahidlərin sözlərinə görə, doğum evi yerlə-yeksan olub, çoxlu sayda yaralı var. Bir qadın həlak olub", - deyə V.Abroskin paylaşımında qeyd edib.

Bundan əlavə, Mariupol şəhər Şurasının mətbuat xidməti rus hərbçilərinin uşaq xəstəxanasına bir neçə bomba atdığını da bildirib: "Dağıntılar böyükdür. Xəsarət alan uşaqlarla bağlı məlumat dəqiqləşdirilir".