Qazaxıstanın “Air Astana” aviaşirkəti Qazaxıstandan Rusiyanın bəzi şəhərlərinə uçuşları müvəqqəti olaraq dayandırıb.
YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Hazırda Almatı və Nur-Sultandan Moskva istiqamətində uçuşlar davam edir. Həmçinin aviaşirkət gələn həftədən etibarən Rusiya şəhərlərinə uçuşları bərpa etməyə çalışdığını açıqlayıb.