Rusiya neftinin 70 %-nə alıcı tapılmır:Tankerlər açıq dənizdə qalıb
Rusiya limanlarından ixrac edilən neftin böyük qisminə alıcı tapılmır.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, “Urals” markalı Rusiya nefti ilə yüklənmiş tankerlər açıq dənizlərdə gözləyir, çünki alıcılar sanksiyaların təsiri altına düşməmək üçün Rusiya neftini almaqdan çəkinirlər. Hələlik
ABŞ Rusiya neftinin idxalına qadağa qoyub, Böyük Britaniya da bunu etməyə hazırlaşır. Amma Qərbin tətbiq etdiyi digər sərt sanksiyalar neft treyderlərini Rusiya neftinin alqı-satqısına dair müqavilələr bağlamaqdan çəkindirir.
“Goldman Sachs” analitikləri qeyd edirlər ki, Rusiya limanlarından ixrac edilən neftin böyük hissəsinə tələbat yoxdur. “JP Morgan” bankının analitikləri isə Rusiyanın dəniz neftinin 70 faizə yaxınının alıcı tapa bilmədiyini qeyd edirlər. Baxmayaraq ki, Rusiya nefti digər ölkələrin neftinə nisbətən xeyli ucuz təklif edilir. Son məlumatlara görə, “Brent” markalı neftin qiyməti hazırda 136 dollara çatsa da “Urals” markalı Rusiya neftinin bareli 103 dollardan təklif edilirdi. Ötən həftə isə ümumiyyətlə Rusiya neftinin 18-20 dollardan satılması faktları qeydə alınmışdı.
Qeyd edək ki, Azərbaycan da Bakı-Novorosiysk kəməri ilə nəql etdiyi “Azeri Light” neftinin əvəzində Novorosiysk limanından “Urals” markalı nefti satır (qiymət fərqi nəzərə alınmaqla). Son məlumata görə Ceyhan limanından yüklənən “Azeri Light” neftinin qiyməti 135 dollara yaxındır, amma Azərbaycanın Novorosiysk limanından realizə etdiyi “Urals” nefti 103 dollara satılır. Bir gün əvvəl isə qiymət bundan 7,64 dollar aşağı idi.
Rusiya neftinə ABŞ tərəfindən embarqo qoyulması və alıcıların sanksiyaların təsiri altına düşməkdən çəkinərək ondan imtina etməsi nəticəsində hazırda dünya bazarında neftin qiyməti kəskin artıb. lakin analitiklər bu vəziyyətin çox davam etməyəcəyini düşünürlər. Xüsusən də ABŞ Venesuelaya qarşı tətbiq etdiyi neft sanksiyalarını yumşaltsa bu bazara ciddi təsir edəcək. “Reuters” məlumat verir ki, Birləşmiş Ştatlar Venesuela ilə danışıqlarda irəliləyiş əldə edib. Mənbələr deyirlər ki, ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaltmağa hazırdır, bir şərtlə ki, bu ölkə ABŞ-a neft satsın. Venesuela neftinin bazara çıxması Rusiya neftindən asılılığı azaltmağa imkan verəcək. Qərb analoji danışıqları İranla da aparır və tərəflər nüvə sövdələşməsinə qayıda bilsələr İran neftinin də bazara yolu açılacaq. Bunlar isə Rusiya üçün pis xəbərlər hesab edilməlidir.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır