logo

Dünya İqtisadi Forumu da Rusiya ilə əməkdaşlığı dayandırdı

18:48 09-03-2022 | icon 2079
Dünya İqtisadi Forumu da Rusiya ilə əməkdaşlığı dayandırdı

Davosdakı Dünya İqtisadi Forumu(WEF) Rusiya ilə əlaqələrini donduraraq strateji tərəfdaşlığı dayandırıb.

YeniAvropa xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə WEF-in sözçüsü Amanda Russo məlumat verib. “Biz sanksiya tətbiq olunan hər hansı şəxslərlə əməkdaşlıq etmirik və Rusiya təşkilatları ilə əlaqələrimizi dondurduq”,-deyə o, vurğulayıb. 

Qeyd edək ki, WEF ABŞ, Avropa İttifaqı, İsveçrə tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalara əməl etmək, yəni sözügedən ölkənin bankları və neft şirkətləri ilə əlaqələri dayandırmaq öhdəliyini daşıyır.