Avropa İttifaqı ölkələri Rusiyadan 14 biznesmeni və Federasiya Şurasının 146 üzvünü qara siyahıya salmağa razılaşıb və RF dəniz gəmiçiliyinə qarşı məhdudiyyətlər tətbiq edib.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu məlumat Avropa Komissiyasının çərşənbə günü yayılmış bəyanatında yer alıb. Sanksiyalar martın 9-u axşamı Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək və siyahıdakı bütün yeni adlar o zaman bəlli olacaq.
Bəyanata əsasən, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərə görə 160 nəfər qara siyahıya daxil edilib. Aİ sanksiyalar siyahısına Rusiya dəniz gəmiçiliyi registrini də daxil edib, həmçinin naviqasiya və dəniz radio-kommunikasiya texnologiyalarının ixracına məhdudiyyətlər qoyub. Bununla yanaşı, rusiyalılar üçün Avropa meydançalarında kriptovalyuta əməliyyatlarına qadağa qoyulub.