logo

"Coca-Cola" və "Pepsi" Rusiyada satışı dayandırır

18:08 09-03-2022 | icon 2121
"Coca-Cola" və "Pepsi" Rusiyada satışı dayandırır

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü səbəbindən ABŞ-ın alkoqolsuz içkilər istehsalçısı "The Coca-Cola Company" şirkəti Rusiyadakı fəaliyyətini dayandıracaq.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən açıqlamada deyilir.

Qeyd edək ki, “Starbucks” qəhvə evləri şəbəkəsi də Ukraynaya qarşı başladığı müharibə ilə əlaqədar Rusiya ərazisində fəaliyyətini dayandırır. Bu barədə şirkətin baş direktoru Kevin Consonun şirkətin saytında dərc olunmuş bəyanatında deyilir.

"PepsiCo" da Rusiyada içkilərin satışını dayandırır, lakin uşaq qidası da daxil olmaqla zəruri malların satışını davam etdirəcək.

Bundan əvvəl “McDonald's” Rusiyadakı 850 restoranının hamısını müvəqqəti bağlamaq qərarına gəlib. Ümumilikdə, şirkətin Rusiya nümayəndəliklərində 65 mindən çox insan çalışır.