logo

Rəcəb Tayyib Ərdoğanla İsaak Hersoqun təkbətək görüşü keçirilir

17:30 09-03-2022 | icon 1855
Rəcəb Tayyib Ərdoğanla İsaak Hersoqun təkbətək görüşü keçirilir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İsrail prezidenti İsaak Hersoqu Beştəpə iqamətgahında rəsmi məqasimlə qarşılayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İsraaail prezidenti fəxri qaravul dəstəsinin önündən keçib.

Sonra iki ölkə prezidentlərinin təkbətək görüşü başlayıb. Danışıqlardan sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.

Prezidentlər iki ölkə arasında əlaqələrin gələcək perspektivlərini müzakirə edəcəklər. Eyni zamanda, dövlət başçıları Ukraynadakı durum barədə fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, bu, İsrail prezidentinin son 14 ildə Türkiyəyə ilk gəlişidir. Sonuncu dəfə 2008-ci ildə prezident Şimon Peres Türkiyəyə səfər edib.