Ukraynanın Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın bölmələri ərazi özünümüdafiə bölmələri ilə birlikdə Rusiya ordusunun mövqelərinə əks hücuma keçib.Nəticədə ruslar mövqelərini tərk edərək meşəyə qaçıblar.
YeniAvropa xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov özünün "Telegram" kanalında məlumat paylaşıb.
“Bizim hərbçilərimiz Derqaçey istiqamətində düşmənə növbəti zərbə endirib. Gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının hissələri Milli Qvardiya və ərazi özünümüdafiə bölmələri ilə birlikdə düşmənin reaktiv yaylım atəşi və artilleriya mövqelərinə əks hücuma keçib. Həmin mövqelərdən Xarkov şəhəri sistemli şəkildə atəşə tutulurdu. Onlar uğursuz müdafiə cəhdindəmn sonra hərbi texnikanı, sursatı və ağır silahları ataraq meşələrə qaçıblar”,-deyə vilayət rəhbəri paylaşımında qeyd edib.