logo

Rusiya Ukraynaya qarşı müharibədə 12 mindən çox hərbçisini itirib

11:59 09-03-2022 | icon 1813
Rusiya Ukraynaya qarşı müharibədə 12 mindən çox hərbçisini itirib

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook" hesabında məlumat yayıb.

Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib, 251 nəfər əsir götürülüb.

Bundan başqa, hücum edən tərəfin 49 təyyarə, 81 helikopter, 317 tank, 1 070 zirehli döyüş maşını, 120 artilleriya qurğusu, 28 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 482 avtomobil texnikası məhv edilib.