Rusiya Xarici İşlər Nazirliyi (XİN) Antalya Diplomatiya Forumu çərçivəsində nazir Sergey Lavrovla ukraynalı həmkarı Dmitri Kulebanın görüşünü təsdiqləyib.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, artıq rəsmi Kiyev də Türkiyədə bir görüşün baş tutacağını təsdiqləyib.
M.Zaxarova təşəbbüsün Türkiyıədən gəldiyini xatırladaqraq, XİN başçılarının görüşünün martın 10-da baş tutacağını deyib.
“Biz danışıqlara hazırıq, lakin görüşü qiymətləndirmək üçün tələsməyə dəyməz”, - deyə M.Zaxarova sözlərinə əlavə edib.
S.Lavrovun Türkiyəyə səfəri bu gün, martın 9-da başlayacaq.