logo

Nikol Paşinyan Fransaya getdi

09:29 09-03-2022 | icon 4053
Nikol Paşinyan Fransaya getdi

Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.

YeniAvropa xəbər verir ki, bu barədə  “Sputnik Armeniya” məlumat yayıb. Xəbərdə bildirilir ki, hökumət başçısı Parisdə “Ambisiyalar: Ermənistan-Fransa” forumunda iştirak edəcək.

Eyni zamanda, iki ölkənin hökumət üzvləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Nikol Paşinyanı Fransa səfərində ölkənin xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və digər rəsmi şəxslər müşaiyət edirlər.