Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəbindən ABŞ-ın “McDonald`s” şirkəti bu ölkədəki 850 restoranını bağlayır.
YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatında bildirilib.
Bəyənatda qeyd edilir ki, “McDonald`s” bu qərarın yerli işçilərə və tərəfdaşlara təsirini başa düşür, ona görə də onlara, xüsusən də maaşları ödəməyə davam etməklə dəstək olacaq.
Qeyd edək ki, Rusiyada “McDonald`s”ın 62 000 işçisi, yüzlərlə yerli təchizatçı və tərəfdaşı var.
Xatırladaq ki, dünyanın ən böyük kosmetika istehsalçılarından biri - Fransanın L'Oreal şirkəti də Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəbindən bu ölkədəki mağazalarını bağlayacağını elan edib.