Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyanın neft və neft məhsullarını idxal etməkdən imtina edəcək.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Krallığın biznes, energetika və sənaye strategiyası üzrə naziri Kvazi Kvartenq məlumat verib.
Onun sözlərinə görə, imtina bazara, şirkətlərə və təchizatçılara Böyük Britaniya tələbatının 8 faizini təşkil edən Rusiya idxalını əvəz etmək üçün kifayət qədər vaxt verəcək.
Nazir qeyd edib ki, krallıq ABŞ, Niderland və Körfəz ölkələri ilə daha çox neftin tədarükü edilməsi istiqamətində işləyəcək: “Bazar artıq Rusiya neftini kənarlaşdırmağa başlayıb və onun demək olar ki, 70 faizinə hələ də alıcı tapa bilmir”.
O həmçinin bildirib ki, London Rusiya qazının ölkəyə idxalını dayandırmaq üçün imkanları araşdırır. Nazir qeyd edib ki, hazırda krallıqda Rusiya qazının payı 4 faiz təşkil edir