“Rusiya hərbçilərinin tanklar vasitəsilə Sumı vilayətinin mərkəzini atəşə tutması dinc sakinlərin təxliyəsi prosesini pozub”.
YeniAvropa xəbər verir ki, bu barədə məlumatı "UNİAN" agentliyi yayıb.
Xəbərdə bildirilib ki, hazırda Sumı şəhərinin mərkəzində döyüşlər gedir.
Məlumata görə, şəhərdən çıxmaq istəyən sakinlər geri qayıdıblar.
Qeyd edək ki,Rusiya tərəfi əvvəlcədən sükut rejimində humanitar dəhlizin saat 09.00-dan 21.00-dək olacağı vəd etmişdi.