Fevralın sonlarından bəri Ukraynanı iki milyondan çox insan tərk edib.
YeniAvropa xəbər verir ki, bunu BMT-nin qaçqınların işləri üzrə Ali komissarı Flippo Qrandi "Twitter" səhifəsində yazıb. “Bu gün Ukraynadan qaçqın axını iki milyon nəfərə çatıb”, - deyə o, bildirib.
BMT-nin qaçqınların işləri üzrə idarəsinin məlumatına görə, qaçqınların əksəriyyəti Polşa ilə sərhədi keçib, digərləri Macarıstana, Moldovaya, Slovakiyaya və Avropanın başqa ölkələrinə üz tutub. Vəziyyətin belə templərlə gedişi hazırkı yüzillikdə Avropada ən böyük qaçqın böhranına gətirib çıxara bilər.
Fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar Ukraynanın şimalında, şərqində və cənubunda, o cümlədən paytaxt Kiyev ətrafında davam edir.