Ukraynada dinc insanların həlak olmasına görə məsuliyyət səmanı uçuşlara bağlamaqdan imtina edən və təyyarələr verməyən Qərb ölkələrinin üzərinə düşür.
YeniAvropa "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
“On üç gündür biz yalnız vədlər eşidirik. On üç gündür bizə deyirlər ki, indicə səmada kömək olacaq, təyyarələr olacaq, bizə onları verəcəklər”, - deyə V.Zelenski narazılığını bildirib.
O qeyd edib ki, Ukraynada insanların həlak olmasının günahı Rusiyanın üzərindədir, amma buna görə məsuliyyət , o cümlədən Qərb ölkələrinin üzərinə düşür. "Buna və digər baş verənlərə görə Qərbdə, oradakı hansısa kabinetlərdə zəruriliyi açıq-aydın görünən qərarlar qəbul edə bilməyənlər məsuliyyət daşıyır",-deyə Ukrayna prezidenti vurğulayıb.