Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan Kiyevdə 479 uşaq dünyaya gəlib
Rusiyanın Ukraynada başladığı işğalçılıq mühüribəsi zamanı paytaxt Kiyevdə 479 uşaq doğulub.
YeniAvropa xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.
Merin sözlərinə görə, doğulan uşaqların 251-i oğlan, 228 qızdır.
“Bütün çətinliklərə baxmayaraq, Kiyevdə doğum evləri fövqəladə vəziyyət rejimində işləyir”, - deyə Vitali Kliçko qeyd edib.