"YouTube" Rusiya dövlət televiziyasının aparıcıs Vladimir Solovyovun kanalını bağlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Vladimir Solovyov məlumat verib.
Bildirib ki, ABŞ videohostinqi onun “Соловьев Live” layihəsinin əsas və ehtiyat kanallarını bloklayıb. Bu kanallarla bağlı akkaunt da bağlanıb.
Jurnalistə qarşı, həmçinin Ukrayna hadisələri ilə əlaqədar sanksiyalar tətbiq edilib.
Qeyd edək ki, bu günlərdə İtaliyanın İqtisadiyyat Nazirliyinin güc strukturu olan Maliyyə Qvardiyasının əməkdaşları Ukrayna ətrafında yaranan vəziyyətlə əlaqədar Avropa İttifaqının sanksiyalar siyahısına düşən rusiyalı teleaparıcı Vladimir Solovyovun daşınmaz əmlakını həbs edib.
“La Repubblica” qəzetinin yazdığına görə, Vladimir Solovyovun Komo gölü sahilindəki iki villası müsadirə olunub.
İtaliyanın xarici işlər naziri Luici Di Mayo martın 4-də "RAI" dövlət televiziyasının efirində rusiyalı oliqarxlarının əmlakının müsadirə edilməsi proseduruna başlandığını elan edib.