logo

Rusiya Xarkov rəhbərliyinə təslim olmaq təklif etdi və cavabını da aldı

23:13 07-03-2022 | icon 2100
Rusiya Xarkov rəhbərliyinə təslim olmaq təklif etdi və cavabını da aldı

Rusiya işğalçı ordusunun rəhbərliyi Xarkov vilayət Administrasiyasının sədr müavini Roman Semenuxanın vatsap telefon nömrəsini ələ keçirərək, ona hakimiyyətin ruslara  ötürülməsi ilə bağlı danışıqlara başlamağı təklif ediblər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  Xarkov vilayət  Administrasiyasının sədr müavini Roman Semenuxa  sosial şəbəkə hesabında yazıb.

“Ruslar mənə təslim olmağı təklif etdilər. Və cavabını da aldılar. Tezliklə qələbə!”, – deyə R.Semenuxa qeyd edib.

O, yazışmaların skrinşotunu da paylaşıb.