Rusiya hərbçiləri Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında çörək zavodunu atəşə tutub.
YeniAvropa "UNİAN" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Bildirlib ki, Makarov qəsəbəsində yerləşən “Makarovski xlebozavod” dövlət müəssisəsinə aviazərbələr endirilib.
Aviazərbələr nəticəsində 13 ukraynalı dünyasını dəyişib.
Hava hücumu zamanı zavodda 30 nəfər olub.