Rusiya Silahlı Qüvvələrinin onlarla hərbçisi Sumı şəhərində əsir götürülüb.
YeniAvropa xəbər verir ki, Ukraynanın xəbər portallarında yayımlanan videoda əsirlər əllərini yuxarı qaldıraraq binanın divarı boyunca dayanırlar.
Videoda saxlanılan Rusiya hərbçilərindən birinin dindirilməsi əks olunub. O, snayper olduğunu və həmkarlarından birini xilas etmək üçün Sumıya göndərildiyini iddia edir.
Qeyd edilir ki, Ukraynada əsir düşən Rusiya hərbçilərinin sayı o qədər çoxdur ki, Ukrayna hakimiyyəti onların saxlanılması üçün xüsusi düşərgələr yaratmalı olub.