logo

Rus rublu çökdü

20:50 07-03-2022 | icon 1925
Rus rublu çökdü

Rusiya ordusunun Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra rubl çökməkdə davam edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hazırda 1 ABŞ dolları 144 rubl, 1 avro isə 156,84 rubl təşkil edir. Ukraynaya qarşı müharibənin başlamasına bir gün qalmış 1 ABŞ dolları 80 rubla bərabər olub.

“Investing.com” birja ticarət məlumatlarına görə, Rusiyada dolların məzənnəsi tarixi səviyyəyə yüksəlib. Eyni zamanda, banklarda da məzənnənin kəskin artması gözlənilir.

Bu, mümkün neft embarqosu xəbərləri fonunda baş verir.