Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfirliyi özünün "Telegram" kanalında məlumat yayıb.
“İndicə Belarusda Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başlayıb”, - deyə məlumatda qeyd olunub.