Türkiyə vasitəçilik missiyası ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı Antalya Diplomatik Forumu çərçivəsində bir araya gələcəklər.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu KİV-ə açıqlamasında bildirib.
Nazir deyib ki, Türkiyə tərəflərin münaqişənin dialoq yolu ilə həlli üçün səylərini davam etdirir. Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalyada üçtərəfli görüşü martın 10-na nəzərdə tutulub. Türkiyənin məqsədi atəşi dayandırmaqdır. Nazir bildirib ki, bu məqsədlə böhran yaranandan indiyədək ukraynalı həmkarı ilə 6, rusiyalı həmkarı ilə 4 dəfə telefonda danışıb.
Qeyd edək ki, martın 11-də başlayacaq Antalya Diplomatik Forumu üç gün davam edəcək.