logo

Aleksandar Vuçiçin yenidən Serbiya prezidentli olmaq istəyir

17:16 07-03-2022 | icon 2037
Aleksandar Vuçiçin yenidən Serbiya prezidentli olmaq istəyir

Serbiyada hakim Serb Tərəqqi Partiyası (SNS) prezident seçkilərində namizədlərinin hazırkı prezident Aleksandar Vuçiç olduğunu açıqlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, SNS-in koalisiya tərəfdaşları olan Serbiya Sosialist Partiyası və Sosialist Hərəkat da prezident seçkilərində yeganə namizədlərinin A.Vuçiç olduğunu bəyan ediblər.

Qeyd edək ki, A.Vuçiç daha əvvəl seçkilərdən sonra SNS partiyasına rəhbərliyi tərk edəcəyini açıqlayıb. Serbiya prezidenti namizədlik təklifini qəbul edib-etməyəcəyi ilə bağlı açıqlama verməyib.

Serbiyada aprelin 3-də parlament seçkiləri ilə yanaşı, prezident seçkiləri də keçiriləcək.