logo

Ukrayna Rusiyanın 11 mindən çox hərbçisini məhv etdiklərini deyir

11:44 07-03-2022 | icon 2037
Ukrayna Rusiyanın 11 mindən çox hərbçisini məhv etdiklərini deyir

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın müharibənin başlanmasından bu günədək olan itkilərini açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirliyin "Twitter" səhifəsində məlumat yerləşdirilib. 

“Ümumilikdə, 11 mindən çox şəxsi heyət, 290 tank, 999 zirehli döyüş maşını, 117 artilleriya sistemi, 50 reaktiv yaylım atəş sistemi, 24 hava hücumundan müdafiə sistemi, 46 təyyarə, 68 helikopter, 454 avtomobil avadanlığı məhv edilib”, - deyə məlumatda bildirilib.