logo

Ukraynada atəşkəs rejimi elan edilib

09:19 07-03-2022 | icon 1764
Ukraynada atəşkəs rejimi elan edilib

Ukraynada növbəti atəşkəs rejimi elan edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Humanitar Qərargahı məlumat yayıb. 

Məlumatda bildirilib ki, Rusiya saat 10:00-dan Ukraynada sakitlik rejimi elan edir.Son günlər Rusiya ordusu tərəfindən hərbi təcavüzə məruz qalan  Kiyev, Mariupol, Xarkov və Sumı şəhərlərindən dinc əhalinin çıxarılması üçün humanitar dəhliz açılıb.

Qeyd edilib ki, dəhlizdə vəziyyətə pilotsuz aparatlarla nəzarət olunacaq.