Ukrayna paytaxtından cənub-qərbdə yerləşən Vinnitsa vilayət mərkəzindəki aerport Rusiya ordusunun atdığı raket zərbələri ilə tam dağıdılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
“Mənə elə indicə Vinnitsaya raket zərbələri barədə məruzə etdilər-8 raket. Bizim dinc Vinnitsa heç vaxt heç nə ilə Rusiyanı təhdid etməmişdi. Raket zərbəsi qəddarcasına endirilib, aeroport tam dağıdılıb. Onlar bizim infrastrukturumuzu, valideynlərimizin, nənə-babalarımızın qurduğu həyatımızı məhv etməkdə davam edirlər. Hər gün təkrar edirik: “Ukrayna üzərində hava məkanını bağlayın. Bütün Rusiya raketləri, aviasiyası üçün, bütün bu terrorçular üçün bağlayın. Raketlərsiz, aviabombalarsız humanitar hava zonası yaradın. Biz insanıq və bu sizlərin humanitar vəzifənizdir-insanları müdafiə edin və siz bunu bacararsınız. Əgər bunu etmirsinizsə bizə təyyarələr verin ki, özümüzü müdafiə edə bilək. Yoxsa ancaq bir nəticə çıxarmaq olar - siz də istəyirsiniz ki, bizi tədricən öldürsünlər”. Bu dünya siyasətçilərinin də, qərb liderlərinin də məsuliyyətidir. Bu günkü gündən etibarən və həmişəlik”, - deyə V.Zelenski müraciətində bildirib.