Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib ki, Ukraynada “xüsusi əməliyyat”ın dayandırılması yalnız Kiyev döyüşləri dayandırsa və Rusiyanın tələblərini yerinə yetirərsə mümkündür.
YeniAvropa xəbər verir ki, bu barədə Kremlin görüş barədə yaydığı ümumi bəyanatda deyilir.
“Ukrayna təhlükəsizlik qüvvələrinin öz qüvvələrini və vasitələrini yenidən toplamaq üçün istifadə etdiyi danışıqlar prosesini uzatmaq cəhdlərinin nəticəsizliyinə diqqət çəkilib. Bununla bağlı xüsusi əməliyyatın dayandırılmasının yalnız Kiyevin hərbi əməliyyatları dayandırması və Rusiyanın məlum tələblərini yerinə yetirməsi şərti ilə mümkün olduğu vurğulanıb”, - deyə Kremlin mətbuat xidməti liderlərin telefon söhbətindən sonra yaydığı açıqlamada bildirilib.
Putin Rusiyanın münaqişənin həlli üçün Ukrayna ilə dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib.
“Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğu təsdiqlənib”, - deyə Kremlin yaydığı açıqlamada qeyd edilib.