Martın 9-da İsrail prezidenti İshaq Hersoq Türkiyəyə ikigünlük səfər edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya idarəsi yayıb.
Qeyd edilib ki, bu səfər Türkiyə-İsrail münasibətlərinin normallaşması baxımından mühüm hadisədir. Yeni əməkdaşlıq münasibətləri, xüsusilə Aralıq dənizindəki gərginliyi azalda, mövcud vəziyyəti tamamilə dəyişə bilər.
Xatırladaq ki, bu, İsrail prezidentinin son 15 ildə Türkiyəyə ilk gəlişi olacaq. Sonuncu dəfə 2007-ci ildə prezident Şimon Peres Türkiyəyə səfər edib.