logo

Putinlə Ərdoğan arasında telefon danışığı başlayıb

13:40 06-03-2022 | icon 1953
Putinlə Ərdoğan arasında telefon danışığı başlayıb

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları Ukraynadakı vəziyyəti müzakirə edirlər.

Xatırladaq ki, Türkiyə tərəfi Ukrayna böhranının həlli üçün müharibənin başlamasından əvvəl də tərəflərin bir araya gətirilməsi, münasibətlərin daha da kəskinləşdirilməməsi üçün ciddi səylər göstərib.

Türkiyə vasitəçilik missiyasını öz üzərinə götürərək Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı Antalya Diplomatik Forumu çərçivəsində bir araya gətirmək istəyir. Münaqişə tərəfləri Antalya görüşünü müsbət qarşılayıblar.

Antalya Diplomatik Forumu martın 11-də başlayacaq.