logo

Ukrayna Müdafiə Nazirliyi:"Rusiya 11 mindən çox hərbçisini itirib"

11:33 06-03-2022 | icon 2037
Ukrayna Müdafiə Nazirliyi:"Rusiya 11 mindən çox hərbçisini itirib"

Ukraynanın Müdafiə Nazirliyi fevralın 24-dən martın 6-dək olan müddət ərzində Rusiyanın itkiləri barədə məlumat yayıb.

YeniAvropa  Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu müddətdə hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı qüvvələrinin 11 mindən çox hərbçisi ölüb.

Məlumata görə, Rusiya ordusu 285 tank, 985 Piyadaların Döyüş Maşını, 109 artilleriya qurğusu, 50 reaktiv atəş sistemi, 44 hərbi təyyarə, 44 hərbi helikopter, 447 hərbi avtomobil, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 4 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı itirib.