logo

İspaniyanın tanınmış mağazalar şəbəkəsi də Rusiyanı tərk edib

10:30 06-03-2022 | icon 2107
İspaniyanın tanınmış mağazalar şəbəkəsi də Rusiyanı tərk edib

“Zara”, “Zara Home”, “Massimo Dutti”, “Bershka”, “Oysho”, “Pull & Bear”, “Stradivarius” və “Uterqüe” kimi iri mağazalar şəbəkələrinin sahibi olan İspaniyanın “Inditex” şirkəti Rusiyadakı fəaliyyətini dayandırır.

YeniAvropa xəbər verir ki, bu barədə “Inditex” şirkətinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, şirkət  Rusiyada ümumilikdə 502 mağazasını (onlardan 86-sı “Zara”) bağlayıb və həmin mağazalar həmçinin onlayn satışı da həyata keçirməyəcəklər.

Məlumatda bildirilib ki, şirkətin dünya üzrə ümumi mənfəətinin təxminən 8,5 faizi Rusiyanın payına düşür.

Şirkətin açıqlamasında deyilir ki, bütün mağazalar icarə əsasında fəaliyyət göstərir, ona görə də investisiya maliyyə baxımından cari maraq doğurmur.