ABŞ Prezidenti Cozef Bayden Ukrayna lideri Volodimir Zelenskiyə zəng edib.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi məlumat verib.
Xəbərdə bildirilir ki, gecəyarısı baş tutan söhbət zamanı prezidentlər təqribən 30 dəqiqə ərzində müzakirə aparıblar.
Öz növbəsində, Volodimir Zelenski də özünün "Twitter" hesabındakı paylaşımında söhbət zamanı tərəflər təhlükəsizlik məsələləri, Ukraynaya maliyyə dəstəyi və Rusiyaya qarşı sanksiyaların davam etdirilməsini müzakirə etdiyini qeyd edib.