Zelenskinin ukraynalılara müraciəti: “Müqaviməti dayandırmaq olmaz”
"Bizim xalqımız, bizim ukraynalılarımız geri çəkilmir. Mən təslim olmuram. Müqaviməti dayandırmaq olmaz. Onlar (ukraynalılar-red) işğalçılara qışqırırlar: evinizə gedin! Rusiya gəmisi kimi!".
YeniAvropa xəbər verir ki, bu fikri Ukrayna prezidenti Volodimir Zelenski bu gün xalqa növbəti müraciətində deyib.
“İşğalçıların etirazı və təhqiri ilə yanmış Ukrayna torpağımızın hər qarışı bütün Ukraynanın qələbəsinə doğru bir addımdır. Bu, bir ömür şansıdır. Ukraynalılar, düşmənin girdiyi bütün şəhərlərimizdə bunu hiss edin, irəliləyin!”, - deyə V.Zelenski əlavə edib.
Prezident bildirib ki, müvəqqəti işğal olunmuş ərazilərdə yerli sakinlərin müqaviməti Ukrayna dövlətinin bərpa olunacağına əminlik yaradır.
"Biz hamımız birlikdə dövlətimizi yenidən quracağıq. Buna inam müqavimətimizin enerjisi, etirazımızla doldurulur",- Ukrayna lideri vurğulayıb.
"Xersondakı “Azadlıq” meydanı bütün Ukraynadır. Yerli əhalinin işğalçılara qışqırdığı Konotop küçələri Ukraynadır. Sizin şəhəriniz müvəqqəti də olsa, işğal altında olanda etiraz etmək xüsusi qəhrəmanlıqdır", - dövlət başçısı əlavə edib.
Ukrayna Prezidenti eləcə də xalqı Rusiya hərbçilərinin girməyə çalışdığı şəhərlərə hücuma keçməyə çağırıb.
Zelenski ukraynalıları eyni zamanda düşmənlə vuruşmağa və küçələrə çıxmağa çağırıb.
"Ukraynalılar, düşmənin daxil olduğu bütün şəhərlərimizdə hücuma keçin. Küçələrə çıxmaq lazımdır. İmkan olanda döyüşmək lazımdır. Xersonda olduğu kimi, Berdyanskda, Konotopda da, Melitopolda olduğu kimi”, - Prezident bildirib.
O vurğulayıb ki, düşməni torpaqdan qovmaq lazımdır ki, onlar yeni saxta respublikalar yaratmasınlar.
"Biz çıxıb bu şəri şəhərlərimizdən, torpağımızdan qovmalıyıq. Normal həyatın qeyri-mümkün olduğu yeni "DXR" və "LXR" yaratmasınlar", - Zelenski əlavə edib.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır