logo

Ukrayna-Rusiya danışıqlarının III raundunun martın 7-də olacaq

23:13 05-03-2022 | icon 2114
Ukrayna-Rusiya danışıqlarının III raundunun martın 7-də olacaq

Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu bazar ertəsi, martın 7-də baş tutacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya məlumat verib.

"Danışıqların üçüncü raundu bazar ertəsi baş tutacaq", - deyə D.Araxamiya bildirib.

Daha əvvəl Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu martın 5-də və ya 6-da baş tuta bilər.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin də martın 4-də telefon danışığı zamanı Almaniya kansleri Olaf Şolsa Ukrayna ilə Rusiya arasında danışıqların üçüncü raundunun bu həftəsonu keçiriləcəyini bildirib.