logo

İtaliya hakimiyyəti Usmanov və Solovyovun villalarını müsadirə etdi

17:10 05-03-2022 | icon 2086
İtaliya hakimiyyəti Usmanov və Solovyovun villalarını müsadirə etdi

İtaliyanın İqtisadiyyat Nazirliyinin güc bölməsi olan Maliyyə Qvardiyasının əməkdaşları Ukrayna ətrafında yaranan vəziyyətlə əlaqədar Avropa İttifaqının sanksiyalar siyahısına düşən rusiyalı biznesmen Əlişir Usmanovun və televiziya aparıcısı Vladimir Solovyovun daşınmaz əmlakını həbs edib.

YeniAvropa “La Repubblica” qəzetinə istinadla xəbər verir ki, Vladimir Solovyovun Komo gölü sahilindəki iki villası və Əlişir Usmanovun Sardiniya adasındakı villası müsadirə olunub.

Bir müddət öncə İtaliyada Aleksey Mordaşov və Gennadi Timçenkonun yaxtaları, həmçinin Dövlət Dumasının sabiq deputatı Oleq Savçenkonun Toskana vilayətindəki villası da müsadirə edilmişdi.

İtaliyanın xarici işlər naziri Luici Di Mayo martın 4-də "RAI" dövlət televiziyasının efirində rusiyalı oliqarxlarının əmlakının müsadirə edilməsi proseduruna başlandığını elan edib.