logo

İtaliya polisi rusiyalı milyarderin 65 milyon avroluq yaxtasını müsadirə etdi

14:34 05-03-2022 | icon 2499
İtaliya polisi rusiyalı milyarderin 65 milyon avroluq yaxtasını müsadirə etdi

Avropa İttifaqının (Aİ) Rusiyaya tətbiq etdiyi maliyyə sanksiyalar çərçivəsində ölkənin ən zəngin iş adamlarından biri olan Aleksey Mordaşova məxsus lüks yaxta İtaliyada müsadirə olunub.

YeniAvropa  xəbər verir ki, 65 milyon avroluq “Lady M” yaxtası İtaliya maliyyə polisi əməkdaşları tərəfindən saxlanılıb.

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ölkəsinin rus oliqarxlara məxsus təxminən 140 milyon avroluq mal və əmlakı müsadirə edəcəyini deyib.

Qeyd edək ki, A.Mordaşovun sərvətinin təxminən 23 milyard dollar olduğu bildirilir.