logo

Avropada qazın qiyməti 2400 dolları ötüb

20:58 04-03-2022 | icon 2114
Avropada qazın qiyməti 2400 dolları ötüb

Avropada qaz fyuçerslərinin qiymətləri 30% bahalaşıb və hər min kubmetr üçün 2 400 ABŞ dollarını ötüb.

YeniAvropa  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları göstərir.

Avropanın ən likvid habı olan TTF indeksi üzrə aprel fyuçerslərinin dəyəri 2 411,3 ABŞ dollarına çatıb ki, bu da valyuta kotirovkalarının dəyişməsi nəzərə alınmaqla (“ICE Futures” platformasında məlumatlar avro ilə təqdim olunur) dünənki günün hesablaşma qiymətindən (1 845,8 ABŞ dolları) 30,6% çoxdur.