Ukraynanın dinc əhalisi arasında qurbanların sayı hər gün artır.
YeniAvropa "UNİAN"a istinadən xəbər verir ki, BMT ölkədə insan itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb.
Məlumata görə, müharibə başlayandan azı 331 mülki şəxs həlak olub, daha 675 nəfər yaralanıb.
Ölənlərdən 19-u uşaqdır.
Qurbanların əksəriyyəti ağır artilleriya atəşi, çoxsaylı raket zərbələrindən ölüb.
Xatırladaq ki, martın 3-də Çerniqovda Rusiya aviasiyasının bombardmanı nəticəsində 47 nəfər - 38 kişi və 9 qadın həlak olub.